-
- 19-07-2022, 17:13
- 486
Bu ölümcül virusları ağcaqanadlar yayır
Ağcaqanadlar dünyanın ən təhlükəli həşəratlarından biridir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ağcaqanadlar bir çox ölümcül virusları yaymaq qabiliyyətindədirlər. 2020-ci il statistikasına əsasən, 627 min insan ağcaqanad dişləməsi nəticəsində həyatını itirib.
Təxminən 100 il öncə ağcaqanadları karbon-dioksidin (CO2) cəlb etdiyi öyrənilib.
Ağcaqanadlar "Qərbi Nil", "Zika", "Sarı Humma", "Pogosta", "Rift vadisi", "Ross çayı", "Sıtma", "La Crosse" və s. kimi xəstəlikləri insanlara yoluxdura bilirlər.
Ağcaqanadlar bəzi insanları daha çox dişləyir. Buna səbəb kimi dəridəki qoxu, istilik, su buxarı, rütubət və vizual səbəbləri göstərmək olar.
Vüsalə Babaşova