-
- 27-06-2019, 10:07
- 8 009
"Ağcaqanad dişləməsi infeksiya yaradır" - baş həkimdən AÇIQLAMA
Bu il ağcaqanad dişləməsindən yaranan fəsadlarla bağlı şikayətlərin sayı artıb.
Xüsusilə yayda insanların istirahət etdikləri dönəmdə ağcaqanadlar, müxtəlif həşəratlar dəri xəstəliklərinə səbəb olur. Əsasən də, uşaqlarda əhəmiyyət verilməyən ağcaqanad dişləməsi sonradan ciddi fəsadlara yol açır, yara şişir, ağrı verir, güclü qaşınmalara səbəb olur.
Bununla bağlı Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovla söhbətləşdik.
Baş həkim News24.az-a bildirib ki, ağcaqanad dişləməsi, əsasən, uşaqlarda ciddi fəsadlar yaradır: "Uşaqların dəriləri həssasdır. Onlar ağcaqanad dişləyən yeri qaşıyırlar, bu da, infeksiyaya, müxtəlif mikrobların yaramasına səbəb olur. Nəticədə, ağcaqanad dişləyən yerdə qızartılar, şiş, irin əmələ gəlir".
Baş həkim bir sıra qabaqlayıcı məsləhətlər də verib: "Əgər uşaqda artıq belə fəsadlar yaranıbsa, yaranın yerini yodla silmək lazımdır. Çirkli əllə yaraya toxunmaq olmaz. Ağcaqanad dişləyəndə uşağın yaşından asılı olaraq ona allergiyaya qarşı dərman verilməlidir. Yaxşı olar ki, bu, həkim təyinatı ilə aparılsın. Eyni zamanda, uşağa antibiotik tərkibli dərman prerparatları verilməlidir ki, infeksiya fəsadlaşmış yaraya çevrilməsin".
Afaq Mirayiq