Türk və yunan mətbəxi arasında ixtilaf düşdü – indi də “Kokoreç”
    • 20-07-2022, 00:25
    • 521

Türk və yunan mətbəxi arasında ixtilaf düşdü – indi də “Kokoreç”

Yunanlar növbəti məşhur türk yeməyi “Kokoreç”i mənimsəməyə çalışıblar.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yunanlar bu yeməyin adını dəyişərək “Kokoretsi” qoyublar. Lakin yeməyin tərkibində bir sıra fərqliliklər var: türklər bu yeməyi hazırlayarkən yalnız bağırsaqdan istifadə edirlər, yunanlar isə bağırsağın içinə ciyər, böyrək, ədviyyat və s. kimi qatqılar əlavə edirlər. 

Osmanlı imperiyası dövrünə aid 1883-cü ildə İstanbulda nəşr olunan “Ev Kadını” adlı yemək kitabında “Kokoreç”in reseptinə rast gəlmək mümkündür. 

Vüsalə Babaşova