-
- 30-07-2018, 17:59
- 1 618
“Anadolu” restoranı 4 tikə çörəyə 1,60 qəpik alır - FOTOLAR
Bu dəfə şikayət “Anadolu” restoranındandır.
Bu gün günorta saatlarında redaksiyamıza şikayət daxil olub. Şikayətçi Cəmilə Piriyeva bildirir ki, “Anadolu” restoranlar şəbəkəsindən nahar yeməyi sifariş edib. Sifariş olunan yeməyin yanında iki dilim çörək gətirilib. Hesablayanda bu iki dilim çörək sifarişçiyə 0,80 qəpiyə başa gəlir. İnsaf dinin yarısıdır.
Ümumilikdə, sifariş olunmuş iki pors yemək üçün yeməyin yanında 4 dilim çörək gətirilib.
Bundan başqa, Anadolu.az səhifəsində reklam edilən yeməklərin yanında olan əlavələr də sifarişçilərə olduğu kimi çatdırılmır. Yəni, şəkildə görüb, sifariş etdiyiniz yeməklərlə, süfrəyə gələn yemək fərqli olur. Şikayətçi bildirir ki, restoran “Nataxtarı” limonatını da “Tutu” adlı yerli içki ilə əvəz edib.
Hər halda biz yeməyi “qulağımıza yox, ağzımıza yeyirik” deyərək şikayətçi bildirir.
Ticarətin qanunu budur, müştəri hər zaman haqlıdır. Amma bu dəfki şikayətdə müştəri tam haqlıdır. Bu qaydada xidmət göstərib onları özünüzdən nə üçün incik salırsınız?
News24.az həmin nahar yeməyinin fotolarını təqdim edir:
Elvin Nüsrətoğlu