Rusiyada meymunçiçəyi testi hazırlandı
    • 20-07-2022, 10:10
    • 197

Rusiyada meymunçiçəyi testi hazırlandı

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi meymunçiçəyi virusunu aşkarlamağa kömək edən test sistemini yaradıblar.

News24.az xəbər verir ki, bu barədə “TASS”a agentliyin mətbuat xidmətindən məlumat verilib.

“Agentliyin rəhbəri Veronika Skvortsovanın tapşırığına əsasən, Federal Tibbi-Bioloji Agentliyi meymunçiçəyi virusunun aşkarlanması üçün test sistemi hazırlayıb. Test sistemi sınaqdan keçirilir və qeydiyyata hazırlanır”, – məlumatda deyilir.