İllər sonra YENİDƏN...
    • 20-07-2022, 12:20
    • 211

İllər sonra YENİDƏN...

Bir dövrə damğasını vuran Türkiyənin “Aşk-ı Memnu” serialının ulduzları Beren Saat və Kıvanç Tatlıtuğ 12 ildən sonra bir araya gəlib.

News24.az xəbər verir ki, “Netflix”də yayımlanacaq film üçün Şiledə məşhur aktyorlar kamera qarşısına keçiblər. Onlar İstanbuldakı səhnələrdən sonra çəkilişlərin qalan hissəsi üçün Nyu-Yorka (ABŞ) gedəcəklər.

Filmin çəkilişlərindən ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.