“Real Madrid”in ulduz futbolçusu Türkiyə nəhənginə keçir: GÖZLƏNİLMƏZ QƏRAR
    • 21-07-2022, 10:38
    • 278

“Real Madrid”in ulduz futbolçusu Türkiyə nəhənginə keçir: GÖZLƏNİLMƏZ QƏRAR

“Real Madrid”in hücumçusu Mariano Diaz klubdan ayrılmağa qərar verib.

News24.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Diazı əsas heyət oyunçusu hesab etmir. Məlumata görə, hücumçu üçün “Fənərbaxça” “Kadiz” və “Getafe” klubları təklif göndərib. İspaniya mətbuatının məlumatına görə, türk təmsilçisi 28 yaşlı hücumçunu transfer etməyə daha yaxın klubdur. Məlumata görə, “Fənərbaxça”nın Çempionlar Liqasınının qrup mərhələsinə düşmək şanslarının olması Diazı Türkiyə təmsilçisinin təklifini nəzərdən keçirməyə yönəldib. Bildirilir ki, “Real Madrid” klubu hücumçuya klubdan ayrılmaq barədə problem yaratmayacağını bildirib.