Bollivudun məşhur aşiqləri bu il evlənə bilər - FOTO
    • 18-01-2019, 13:44
    • 907

Bollivudun məşhur aşiqləri bu il evlənə bilər - FOTO

Bollivudun tanınmış cütülüyü aktyorlar 35 yaşlı Ranbir Kapur və 25 yaşlı Aliya Bhatt heç vaxt aralarındakı sevgi münasibətindən söz açmırlar. 

Onlar hətta jurnalistlərin də bu haqda suallarını cavabsız qoyurlar. Ötən il isə "sözdanışmayan" ikilinin 2019-cu ildə evlənəcəkləri xəbəri yayılmışdı və deyəsən xəbər öz həqiqi əksini tapacaq. 

Bu günlərdə Hindistan mətbuatında Ranbirin anası Nitu Sinqhin açıqlaması yayılıb. N. Sinqh ikilinin iyun ayında nişanlanmalarını istədiyini bildirib. 

Cütlük isə bu açqılamadan yana hələ ki, bir fikir bildirməyiblər. Deyilənə görə onlar Rambirin ABŞ-da müalicə olan atası Rişi Kapurun səhhətinin tam düzəlməsini gözləyirlər. 

News24.Az