Diananın bu müsahibəsi bir daha nümayiş olunmayacaq - BBC-i üzr istədi
    • 23-07-2022, 14:18
    • 447

Diananın bu müsahibəsi bir daha nümayiş olunmayacaq - BBC-i üzr istədi

BBC Diana ilə 1995-ci ildə hazırladığı müsahibəsini bundan sonra heç zaman nümayiş etdirməyəcəyini bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən müsahibədə BBC müxbiri Martin Başir şahzadə Dianaya şahzadə Çarlzın onu uşaqlarının dayəsi ilə aldatdığını deyib. Məsələ araşdırılandan sonra bunun əsassız ittiham olduğu bəlli olub. 

Dünən BBC məhkəmədə buna görə üzr istəyib və həmin müsahibənin bir daha nümayiş etdirməyəcəyini bildirib.

BBC-nin baş icraçı direktoru Tim Deyvi “İşimizi düzgün etsəydik, şahzadə Diana sağlığında gerçəyi bilərdi” – deyə, əlavə edib.

Vüsalə Babaşova