Şəhzadə Çarlza qarşı yeni rüşvət iddiaları
    • 27-06-2022, 19:34
    • 452

Şəhzadə Çarlza qarşı yeni rüşvət iddiaları

İngiltərədə taxt-tacın bir nömrəli varisi olan şahzadə Çarlz növbəti dəfə rüşvət ittihamı ilə üzləşib.

Şahzadə Çarlzın fondunun Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim Əl-Tanidən 3,2 milyon dollar rüşvət alması iddiası ölkədə müzakirələrə səbəb olub.

Təhsildən, səhiyyəyə qədər müxtəlif sahələrdə ianə etmək üçün fond quran şahzadənin Qətərin keçmiş baş nazirindən ərzaq çantalarında 1 milyon avro nağd pul aldığı deyilir. Qeyd olunub ki, 500 avroluq əskinaslar halında olan bu pullar şahzadənin rəsmiləri tərəfindən hesablanıb.
Xəbərdə Əl Saninin 2011-2015-ci illər arasında üç ayrı görüşdə vəqfə cəmi 3,2 milyon dollar ödədiyi bildirilib.

Şahzadənin vəqfindən verilən açıqlamada, əl-Taninin ianəsinin yoxlanıldığı və tamamilə qanunlara uyğun olduğu qeyd edilib.
Britaniya mediası daha əvvəl də Səudiyyə Ərəbistanının məşhur iş adamlarından olan Mahfuz Marei Mübarək bin Məhfuzdan vətəndaşlıq qarşılığında Şahzadə Çarlzın fondunun 1,5 milyon funt sterlinq ianə aldığını və bu hadisənin ölkədə böyük müzakirələrə səbəb olduğunu manşet edib. Qalmaqaldan sonra Şahzadə Çarlzın ən etibarlı adlarından biri olan fondun meneceri Maykl Favket istefa verib. \Teleqraf.com\