Meqan Markl özünü Dianaya bənzədir
    • 18-07-2022, 13:09
    • 434

Meqan Markl özünü Dianaya bənzədir

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın özünü şahzadə Dianaya bənzətməsi iddiaları gündəmi çalxalayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məşhur yazıçı Tom Bauer “Revenge: Meghan, Harry and the War Between the Windsors” (İntiqam: Meqan, Harri və Uindsors arasındakı müharibə) adlı kitabında qeyd edib.

İddialara görə, Meqan həyat yoldaşı və Hollivudun onu mərhum Diana qədər sevəcəyinə inanıb. Lakin hadisələr onun istədiyi axarda davam etməyib.

O, evliliklərinin ilk illərində saray qanunlarına tabe olmayan, üsyankar davranışları ilə şahzadə Diana kimi olmağa çalışsa da, qayınanası qədər nüfuz qazana bilməyib. 

Vüsalə Babaşova