-
- 24-07-2022, 13:37
- 639
Şəhid pilot Rəşad Atakişiyevin anım mərasimi keçirildi - Foto
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid polkovnik -leytenantı Rəşad Atakişiyevin uyuduğu İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri və Hərbi Hava Qüvvələrinin zabitləri, şahidin hərbi xidmət yoldaşları da iştirak edib.
Əvvəlcə şəhid polkovnik -leytenantın ruhuna dualar oxunub. Sonra şəhid pilotun məzarı önünə əklil qoyulub. Gül-çiçək dəstələri düzüblər. Daha sonra Rəşad Atakişiyevin ailə üzvü, politoloq Qabil Hüseynli bildirib ki, bu gün Rəşad Atakişiyevin şəhadətindən 3 il ötüb:
"Allah Rəşada rəhmət eləsin. O, sözün əsl mənasında qəhrəman pilotlarımızdan biri idi. Rəşad Atakişiyev yaşından çox müdrik insan təsiri bağışlayırdı. Zənnimcə, o dörd dəfə Tur-Az" təlimlərində iştirak edib. Azərbaycanı layiqincə təmsil edərək mükafatlara layiq görülüb. Rəşad həm də Azərbaycanın ilk F-16 idarə edən pilotlarından olub. Dövlətimizin qayğısını bir şəhid ailəsi olaraq hər zaman hiss edirik. Çox istərdim ki, onun doğulduğu məktəbə və Yeni Yasamalda vaxtilə yaşadığı küçəyə Rəşad Atakişiyevin adı verilsin".
Rəşad Atakişiyevin hərbi xidmət yoldaşları onun məzarı önündə sayğı duruşunda dayanıblar.
Şəhid pilotumuzun döyüş yoldaşı Röyaya Bayrışov bildirib ki, Rəşad Atakişiyev 2019-cu ildə təlim zamanı bədbəxt hadisə nəticəsində şəhid olub: "O, peşəkar və mükəmməl hərbi pilotlarımızdan idi. Hətta onun bacarıqlarından, təcrübəsindən Vətən Müharibəsi dövründə geniş istifadə olunub. Rəşad Atakişiyevi hər zaman fəxarətlə xatırlayırıq".
Şəhidin atası Saləddin Atakişiyev bildirib ki, o şəhid atası olmaqla qürur duyur: "Hər kəsə şəhadət qismət olmur. Şəhidlər ölmürlər. Rəşadsız keçən hər bir gün bizim üçün ağırdır. Təki Vətən sağ olsun".
Qeyd edək ki, şəhid polkovnik -leytenant Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.