Ürəyin sağlamlığını qorumaq üçün – Bunlara diqqət
    • 24-07-2022, 16:14
    • 449

Ürəyin sağlamlığını qorumaq üçün – Bunlara diqqət

Ürəyin sağlamlığını qorumaq istəyirsinizsə, daha çox hərəkət edin.

News24.az
Teleqraf.com-a istinadla xəbər verir ki, hərəkət etmək sağlam həyatın təməlidir. Ürəyin sağlamlığı üçün təmiz havada çox vaxt keçirin, 3-5 km-dən az olmayaraq gəzin, velosiped sürün.

Çəkinizi nəzarətdə saxlayın. Piylənmə zahiri görkəmi korlamaqla yanaşı, həm də təhlükəlidir.

Qanda xolesterinin səviyyəsini müntəzəm olaraq yoxlayın. “Ziyanlı” xolesterin orqanizmdə həll olunmur, toplanır və damarları daraldır. Bu isə infarkt və ya işemik insulta səbəb ola bilər.

Stimullaşdırıcı içkiləri məhdudlaşdırın. Buraya kofe, energetik kokteyllər və kofein tərkibli digər içkilər aiddir.