Laçında ağır qəza: Ölənlər var
    • 25-07-2022, 10:14
    • 267

Laçında ağır qəza: Ölənlər var

Laçın rayonunda traktor aşıb, iki nəfər ölüb.

News24.az-ın məlumatına görə, taxıl sahəsində 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb.

Nəticədə 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində vəfat ediblər. 

Traktoru idarə edən M.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./Oxu.az/