Şəkidə traktor aşdı, sürücü və qardaşı oğlu öldü
    • 8-07-2022, 11:19
    • 247

Şəkidə traktor aşdı, sürücü və qardaşı oğlu öldü

Şəkidə traktor aşıb.

News24.az xəbər verir ki,  hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib. 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktorun əsas yoldan çıxaraq aşması nəticəsində sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.