Ruhi Əliyevadan əkizlərinə doğum günü sürprizi- VİDEO
    • 25-07-2022, 11:16
    • 1 862

Ruhi Əliyevadan əkizlərinə doğum günü sürprizi- VİDEO

Bu gün “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyevanın oğulları Həsən və Muhammedin doğum günüdür. 

News24.az xəbər verir ki, əkizlərin 10 yaşı tamamlanır. Bu münasibətlə iş xanımı övladlarına Bodrumdakı evində sürpriz hazırlayıb.

Övladlarını özəl gün münasibəti ilə təbrik edən R. Əliyeva instaqram səhifəsindəki paylaşımında bu sözləri yazıb:

“Məgər sizsiz yarımmışam, siz gəldiniz tamamlandım, böyüdüm, dünyaya sizin gözünüzdən baxaraq ən xoşbəxt qadın oldum…Və bu gün mənim ən böyük minnətdarlığım, sonsuz şükürlərim Allahadır ki, sizi mənim həyatıma pay verdi. Mənə səbri, daha gözəl sevməyi, daha mərhəmətli olmağı öyrətdiyinizə görə, həyatıma gəlib də rəng qatdığınıza görə Rəbbimə hər zaman minnətdar olacam…

Mənə bu dünyada cənnəti yaşadan Muhammedim və Hasanım, 10 yaşınız mübarək. Gülüşünüz ən böyük sərvətimdir. Siz və sizin timsalınızda bütün balalar hər zaman xoşbəxt olsun. Yaxşı ki, varımsınız, can parçalarım”.

Qeyd edək ki, bu gün əkizlərin ad günü keçiriləcək.