-
- 25-07-2018, 11:16
- 4 213
"Onlar olmayınca günlərim boz, soyuq keçər" - Ruhi Əliyeva üçün xoş gün - VİDEO
İş xanımı Ruhi Əliyevanın ailəsində xoş gündür.
Belə ki, R.Əliyevanın əkiz övladları Həsən və Muhammətin 6 yaşı tamam olur.
Hazırda Bodrumda istirahətdə olan Ruhi Əliyeva oğullarını şəxsi instagram hesabında təbrik edib:
“Bu gün həyatımın ən müdhiş, ən özəl, ən vacib günüdür. Övladlarım Həsən və Muhammət dünyaya göz açıb. Mənim ücün çox dəyərli, əvəzsiz , ömrümə təşrif buyuran andan xoşbəxtliyi daddığım övladlarım! Məhz onların sevgisi ilə daha səbrli, daha mərhəmətli oldum.
Onları xoşbəxt görmək mənə sonsuz səadət bəxş edər. Ancaq onlar olmayınca günlərim boz, soyuq keçər. Həyatın gözəlliyi məhz övladdadır. Bunu ana olunca daha dərindən anladım. Oğlanlarıma təbriklərim, diləklərim sonsuzdur. Allah bütün övladları qorusun. Onları valideynlərinə sadiq, sağlam etsin”.
Teymur Məmmədov