“Titanik”in aktyoru dünyasını dəyişdi -FOTO
    • 25-07-2022, 17:57
    • 454

“Titanik”in aktyoru dünyasını dəyişdi -FOTO

Britaniyalı tanınmış aktyor Devid Uorner 80 yaşında dünyasını dəyişib.

News24.az “BBC”yə istinadən xəbər verir ki, aktyor son 18 ay xərçəng xəstəliyi ilə mübarizə aparıb. 

Aktyor “Titanik” filmində, eləcə də “Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” və s. çox sayda məşhur seriallarda rol alıb. 

O, ən son rollarından birini 2018-ci ildə “Meri Poppins geri qayıdır” filmində canlandırıb.