-
- 26-07-2022, 10:03
- 702
Diabet xəstələri meyvə və giləmeyvə yeyə bilərmi?
Şəkərli diabetdən əziyyət çəkən şəxlərə bir çox meyvə və giləmeyvəni yeməyə icazə verilir.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri həkim-endokrinoloq Tatyana Filippova deyib.
O bildirib ki, diabet xəstələri giləmeyvə və meyvə yeməkdən qorxmamalı, lakin müəyyən pəhriz qaydalarına riayət etməlidirlər.
Həkim eyni zamanda diabet zamanı müəyyən qidalanma qaydalarına riayət etməyin vacibliyini də vurğulayıb: "Bu xəstəliyi olan insanlar üçün qan şəkərinin sabit səviyyəsini saxlamaq, onun kəskin artımının qarşısını almaq olduqca vacibdir. Bundan əlavə, diabet xəstələrinin kökəlməsinə icazə verilməməlidir. Şəkərli diabet xəstələri, xüsusən 2-ci tip, meyvə və giləmeyvələri kiçik hissələrdə yeməlidirlər. Bundan əlavə, şirin meyvələr, hər hansı bir şirniyyat kimi, acqarına istehlak edilməməlidir".
Mütəxəssis, tərkibində çox yüksək konsentrasiyalarda şəkər olan meyvə və giləmeyvələri istifadə edərkən diqqətli olmağı tövsiyə edib: "Bu, xüsusən də üzüm, xurma, qarpız və qovun, çox şirin giləmeyvə, yetişmiş banana aiddir".