Sunami konsert zamanı musiqiçiləri yuyub apardı - VİDEO
    • 24-12-2018, 13:21
    • 995

Sunami konsert zamanı musiqiçiləri yuyub apardı - VİDEO

İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarla tamaşaçıları yuyub aparıb.

Son məlumatlara görə, təbii fəlakət zamanı 280-dan çox insan ölüb. 

“Channel New Asia” nəşri “Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb.

Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.