"Sürix" - "Qarabağ" matçında əlavə vaxt oynanılacaq - YENİLƏNİR
    • 27-07-2022, 23:00
    • 558

"Sürix" - "Qarabağ" matçında əlavə vaxt oynanılacaq - YENİLƏNİR

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab bərabərləşib.

Ovusu Kvabena 97-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2.

23.00

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq.

İlk matçda Ağdam təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

22:54

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.

Matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə İvan Santini 2-ci topu qonaqların qapısından keçirib - 2:1.

22:21

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.

"Köhlən atlar"dan Kadi Borges 55-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

21:09

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Oyunda hesab açılıb.

Belə ki, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.