-
- 19-07-2018, 16:07
- 8 789
“Ancaq pullu kişilərlə görüşürəm” – Aygün - MÜSAHİBƏ
Bir çoxları Aygün Rəhimovanı “Yeni ulduz” yarışmasından, digərləri isə “Qanun naminə”, “Toy gecəsi”, “Sən olmasaydın” və “Sarı gəlin” seriallarında yaratdığı yaddaqalan obrazları ilə xatırlayır.
Aygün Rəhimovanın müsahibəsini təqdim eidirk:
-Aygün Rəhimova kimdir?
-Aygün – hissləri olan, ağlamağı, gülməyi, nifrət etməyi, sevməyi bacaran bir adamdır (gülür – red.) Sumqayıtda 18 nömrəli məktəbi, 2006-cı ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kütləvi tədbirlər rejissoru” ixtisasını bitirmişəm.
-Tamaşaçılar sizi ilk dəfə “Yeni ulduz -7” müsabiqəsində gördülər. Necə oldu ki, yarışmaya qatıldınız?
-Mən səhnəyə “Yeni ulduz”dan öncə, 19 yaşımda gəlmişdim. Səhnəyə bir qəpik xərcləmədən gəlmişəm və heç vaxt özümü millətə “satmağa” calışmamışam. Prodüserim müflis olduğundan fəaliyyətimi dayandırmalı oldum. Sonra dediyiniz müsabiqə haqqında eşitdim və özümü sınamaq istədim. İştirak etdim, qalib olmasam da, “Yeni ulduz” mənə məşhurluq, təcrübə, yeni, xoş tanışlıqlar gətirdi. Sonra “Yeni ulduz”da aparıcılıq etmək təklifi aldım və məmnuniyyətlə qəbul etdim. Onu da deyim ki, o verilişdən əvvəl, çox hörmət etdiyim xalq artisti Murad Dadaşovun dəvəti ilə özümü aparıcı kimi sınamışdım, heç də pis alınmamışdı.
-Bacınız Sehri də “Yeni ulduz” müsabiqəsinə qatılmışdı. Niyə duet şəklində davam etdirmək istəmədiniz? Məsələn, Sevil-Sevinc bacıları kimi...
-Əslində, yaxşı fikirdir. Amma bəzən həyatda bacı və yaxud qardaş olmaq kimi faktorlar səhnədə kömək olmur. Buna səbəb isə insanların fərqli baxışları və istəkləridir. Hər insanın öz yolu var və təəssüflər olsun ki, qan qohumluğu onları çox vaxt bir yolun yolçusu etmir.
-“Dəli kimi sevən adam” necə olmalıdır? (Müsahibimin eyniadlı mahnısı var – red.)
-Əslində, dəli kimi sevən adam lazım deyil. Bu, xəstəlikdən xəbər verir (gülür – red.) Normal adam kimi sevsin, bəs edər.
-Bir müğənni kimi çox maraqlı idiniz, xalq artisti Mübariz Tağıyev də sizi çox bəyənirdi, amma sonra fəaliyyətinizi görmədik. Nə baş verdi?
-Təşəkkür edirəm! Mən həmişə öz istədiyimi etməyə çalışmışam. Çalışmışam, mahnılar yazdırmışam, pul xərcləmişəm, amma mahnılarım sevilməyib. Yəqin ki, xalqın nə istədiyini bilməmişəm və onlara istədiklərini verməmişəm. Başa düşürəm ki, gündəmdə olmaq üçün prinsiplərindən keçib millətin zövqünü oxşamaq lazımdır. Sadəcə olaraq, mən bunu bacarmıram. Yad mahnılar oxuyub gündəmdə qalmaq istəməmişəm. Digər səbəb isə dəyişkən əhval-ruhiyyədə olan bir insan olmağımdır. Bir şeydən tez bezirəm. 2013-cü ildə çox hörmət etdiyim, gözəl insan Xanlar Ağayevin təklifi ilə “Qanun naminə” çoxseriyalı bədii filmində rol aldım və aktrisa olmaq istəyimi başa düşdüm. Başqa rola girmək, başqa insanın həyatını, obrazını canlandırmaq çox xoşuma gəlir.
-İndiyədək özünüz haqqında eşitdiyiniz ən maraqlı, dəhşətli və yaxud gülməli şayiə hansı olub?
-Mən şou-biznesdə həm olmuşam, həm də olmamışam. Çünki mən həyatda ikiüzlülüyü heç vaxt bacarmamışam. Şou-biznes elə adı kimi “şou”dur. Nəyəsə görə üzə gülmək, yaltaqlanmaq, işi keçsin deyə qardaş, bacı demək lazım gəlir. Bunların çox şahidi olmuşam. Heç kəslə düşmən deyiləm və hər kəslə yaxşı münasibətdəyəm, çünki yalnız “salam-sağolum” var. Bu da münasibətlərin korlanmamasına kömək edir. Bir müddətdən sonra çox adamdan uzaqlaşdım və hətta həyatımdakı insanları sildim. Xeyri var, məsləhət görürəm. Haqqımda çox şayiələr yayılıb: uşağım var, amma gizlədirəm, ancaq pullu kişilərlə görüşürəm, əgər kişi ən azı beş min manatlıq hədiyyə almasa yaxın buraxmaram (gülür - red.) Əslində, xalqı qınamıram. Onlar belə cəmiyyətdə böyüyüblər. Əgər qadın müğənnidirsə və ümumiyyətlə səhnədədirsə, demək ki, pis əmələ malik bir xanımdır, qiyməti var, satın almaq olar və s. Əslində, mənim belə dayaz düşünən insanlara həmişə yazığım gəlib, çünki onlar müğənni və aktrisaları pisləyirlər, amma avtoqraf üçün birinci sırada dayanırlar, bir şəkil üçün nə qədər gözləyirlər, əziyyət çəkirlər (gülür – red.) Ad günləri və toy mərasimlərinə çağırmaq üçün nə qədər pul xərcləyirlər. Gülməli deyilmi?
-Efir zamanı və ya kadrarxası məqamlarda başınıza gələn tragikomik hadisə olub?
-İndi yadıma sala bilmirəm, amma belə hallar çox olur, ən çox da canlı yayımda. Canlı yayımı sevirəm, çünki nə istəyirsənsə deyirsən, sadəcə efirdən sonra rejissorun özündən çıxmağını görürsən. Paltarın cırılması, səhv sözlər, yıxılma və s. kimi hallar çox başıma gəlib.
-Bir müddət əvvəl final bölümü yayımlanan “Sarı gəlin” serialındakı canlandırdığınız Sevər obrazını bəyənirdinizmi?
-Hər oynadığım rolu bəyənirəm və yəqin ki, bəyənəcəyəm də. Bu, mənim üçün yenə də təcrübədir. Əslində, mənfi rolları canlandırmaq çox çətindir, çünki özünə nifrət qazandırmağı da bacarmaq lazımdır. Düşünürəm ki, müsbət obrazları canlandırmaq çox asandır. Yadımdadır, “Toy gecəsi” serialı yayımlananda bir çoxları mənə yaxınlaşıb “sənə nifrət edirik, amma çox sevirik” deyirdilər. Serialda göz yaşı axıtmaq ən asan bir şeydir. Fikirləşirəm ki, məsələn, ağrını göz yaşı olmadan oynamaq hər aktrisanın işi deyil. Çox təəssüflər olsun ki, indi rol almaq üçün istedad yox, başqa şeylər lazımdır.
-Sizi filmlərdə deyil, seriallarda izləmişik. Bədii film təkliflərini qəbul etmirsiniz?
-Çünki mənim istədiyim şərtlər olmayıb. Mən əgər aktrisayamsa, deməli çörəyim bundan çıxır və bundan pul qazanmalıyam. Amma bizdə bir rol təklif edəndə elə bir məbləğ deyirlər ki, adamın həvəsi ölür. Nədənsə Azərbaycanda rejissorlar fikirləşir ki, aktyor yeməyə işləməlidir və hətta aldığı rola görə çox sağ ol deyib rejissorun ayağını öpməlidir. Mən başa düşürəm ki, bir çox “aktrisalar” var ki, havayı da çəkilirlər, hətta özləri pul xərcləyirlər, çünki efirdə olmaq istəyirlər.
-Məşhurlar çox vaxt həyatları ilə bağlı etiraf etməyi çəkinirlər. Bir dəfə demişdiniz ki, “Həyatımda çox şey olub, ona görə aktrisalığı bacarıram”. O “çox şey”in altında nə gizlənir?
-Çəkinməli bir şey yoxdur. Hər kəs həyatını yaşayır, pis və yaxşı hadisələrlə qarşılaşır. Bəli, həyatımda baş verən hər şey işimdə kömək olur. Çünki mən yalanlar, vəfasızlıqlar, alçaqlıqlar, dost və rəfiqələrin xəyanətini görmüşəm! Hər zaman K.Stanislavski məktəbinin prinsiplərinə uyğun yaşamağa çalışmışam: “Elə oyna ki, elə bil hadisə sənin başına gəlib”.
-2015-ci ildə demişdiniz ki, sənətinizi Türkiyədə, Marmarisdə davam etdirəcəksiniz, amma belə olmadı. Bu dəfə nə baş verdi?
-Doğrudur! Dediyim kimi dəyişkən əlval-ruhiyyəm var. Bəli, köçmüşdüm buradan və həqiqətən də Türkiyədə filmlərə çəkilmək istəyirdim. Amma təəssüflər olsun ki, türklər bizə o qədər də önəm vermirlər. Biz türk aktyoruna baş rola görə çox pul veririk, amma onlar bizim aktyora yuxarıdan aşağı baxırlar. Çox heyif ki, bütün bunların şahidi oldum. Əslində, bizdə onların “A” kateqoriyalı aktyorlarından qat-qat yaxşı oynayan aktyorlarımız var. Bildiyiniz kimi, məhz biz başqalarına həmişə daha çox dəyər vermişik, amma özümüzkünü həmişə alçaq tutmuşuq.
-Həyatınızda sizə edilən ən yaddaqalan kompliment hansı olub?
-“Bir gözünüz çəpdir, amma sizə çox yaraşır”. Yəqin ki, doğrudan da çəpdir ki, fikir verib (gülür – red.)
-Həyatınızı kitab səhifəsi kimi vərəqləsək, oradan hansı səhifəni cırıb atmaq istərdiniz?
-Dəfələrlə heyfsləndiyim anlar olub və “kaş ki, olmasaydı” demişəm. Zaman keçdikcə hər şeyi daha rahat qəbul etməyə çalışıram və hər baş verən hadisənin həyatımın bir parçası olduğunu anlayıram. Ona görə heç bir vərəq cırılmasın. Hər vərəq həyatımın bir parçasıdır.
-Özünüzü xoşbəxt qadın hesab edirsiniz? Ümumiyyətlə, qadın xoşbəxtliyi kişi xoşbəxtliyindən nə ilə fərqlənir?
-Əlbəttə ki, mən qadınam və mənim də boş yerdən ağladığım, özümü bədbəxt hesab etdiyim anlar olub və olacaq da. Çünki mən insanam, çox vaxt şükür etməyi də unuduram. Özümə gələndə başa düşürəm ki, sağlamam, eybəcər deyiləm, əlim, ayağım, istedadım var. Qadın xoşbəxtliyi üçün çox az şey lazımdır. Yeni paltar, spa... Əslində, sevib-sevilmək çox asandır, ən çox isə sevilmək. Kişiyə də eyni şey lazımıdır. İnsana xoşbəxtlik üçün insan lazımdır.
-Yəqin ki, siz də anlayırsınız ki, tək yaradıcılıqla iş bitmir. İndi gündəmdə olan aktrisalar işlərinə bir az şou qatırlar və müzakirə olunmaq istəyirlər…
-Bu, nəinki indi, hər zaman lazım olub. Çünki sənətlə gündəmdə qalmaq artıq mümkünsüz olub. Mənim bədbəxtliyim həm də ondan ibarətdir ki, gördüyüm ən kiçik işi də İnstaqramda 155 dəfə paylaşmıram. Amma bunu bacaranlar var! Demirəm ki, bu pisdir, sadəcə mən gözə girə bilmirəm.
-Yaxın vaxtlarda şəxsi həyatınızla bağlı xoş xəbər eşidə biləcəyik?
-Özüm eşidən kimi sizə də xəbər edəcəyəm (gülür – red.)
-Tez-tez kameralara dil çıxarırsınız. O, dili kimə göstərirsiniz?
-Sualınıza öz aləmimdə fəlsəfi cavab verəcəyəm. Dili həyata çıxarıram. Həyata ciddi yanaşmayaq...
//Baku.ws