NASA-dan yadplanetliləri tapmaq üçün yeni üsul:  Günəşdən izlənəcək
    • 28-07-2022, 12:10
    • 353

NASA-dan yadplanetliləri tapmaq üçün yeni üsul: Günəşdən izlənəcək

NASA kainatı və yadplanetliləri araşdırmaq üçün Günəşdən teleskop kimi istifadə edəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə Slava Turışev tərəfindən irəli sürülüb. 2020-ci ildə kosmik agentlikdən 2 milyon dollar maliyyə alıb.

S.Turışevin fikrincə, Günəşdən teleskop kimi istifadə etmək digər planetləri və kainatı nəzarətdə saxlamağın ən yaxşı üsuludur. Kosmosa kiçik peyklər göndəriləcək. Alimlər peyklərin qısa zamanda göndərilməsi üçün lazerli texnikaların hazırlanmasının lazım olduğunu vurğulayıblar. 

Vüsalə Babaşova