Vətən Müharibəsi şəhidi “Abdal Müşfiq”in qazi oğlu evləndi
    • 29-07-2022, 14:51
    • 734

Vətən Müharibəsi şəhidi “Abdal Müşfiq”in qazi oğlu evləndi

İki oğlu ilə 44 günlük döyüşə qatılıb şəhid olan Müşfiq Abbasovun oğullarından birinin toyu olub.

News24.az-ın məlumatına görə, “Abdal Müşfiq” adı ilə tanınan və Ağdam istiqamətində qəhrəmancasına şəhid olan Müşfiq Abbasovun oğlunun toyunda tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, sənətçilər iştirak edib.

Qeyd edək ki, M.Abbasov iki oğlu ilə birgə Vətən Müharibəsinə qatılıb. Onların şücaəti barədə film çəkilib.