-
- 31-08-2020, 15:57
- 7 582
Məharətlə ört-basdır edilən mürəkkəb cinayət işi - Müşfiq Abbasovun qələmindən "-4"
“- 4” romanı uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan detektiv yazıçı Müşfiq Abbasovun ilk əsəridir. Müəllifin araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gələn əsərdə məharətlə ört-basdır edilən mürəkkəb bir cinayət işinin istintaqından bəhs olunur.
News24.az-ın xəbərinə görə, əsərin qəhrəmanı yüksək məntiq və intuisiyaya sahib Yusif Axundovun simasında prokurorluq orqanları əməkdaşlarının mürəkkəb, şərəfli və təhlükəli işindən, qarşılaşdıqları çətinliklərdən söz açılıb.
Ən önəmlisi isə onların cinayət törədən qatillə yanaşı vəzifə səlahiyyətlərindən yararlanıb məsləyinə xəyanət edən, cinayətkara havadarlıq edən həmkarları ilə mübarizəsi ön plana çəkilib.
Müşfiq Abbasovun bu əsərinin Azərbaycan milli detektivində özünəməxsus üslubu və mövqeyi ilə fərqlənəcəyinə, klassik detektivin maraqlı nümunəsi kimi birnəfəsə oxunub oxucu auditoriyasının qəlbini fəth edəcəyinə əminik.
Hazırda "-4" romanı çap ərəfəsindədir və tezliklə oxucuların ixtiyarına veriləcək.
Qeyd edək ki, 208 səhifədən ibarət kriminal roman Azərbaycan Respublikasının məhrum Baş prokuroru, şəhid İsmət Qayıbova ithaf olunub.
Bu romanın nəfis tərtibatda kitab halında çapı "Liatris Holding"in maliyyə dəstəyi hesabına həyata keçirilib.