Azərbaycanda ər-arvad bir-birini bıçaqladı: Kişi öldü
    • 29-07-2022, 17:22
    • 386

Azərbaycanda ər-arvad bir-birini bıçaqladı: Kişi öldü

Bərdədə ər-arvad arasında mübahisə ölümlə nəticələnib.

News24.az xəbər verir ki, Oxu.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Aysu Çərkəzli ilə 1994-cü il təvəllüdlü Nurlan Çərkəzli ailə münaqişəsi zəminində mübahisə edib.

Mübahisə zamanı ilk olaraq əri A.Çərkəzliyə bıçaqla xəsarət yetirib, daha sonra isə A.Çərkəzli bıçaqla N.Çərkəzliyə boyun nahiyəsinə xəsarət yetirib. 

Nəticədə kişi qanaxmadan vəfat edib. A.Çərkəzli isə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilib. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.