Gürcüstanda helikopter qəzaya uğradı - 6 nəfər öldü - VİDEO
    • 29-07-2022, 18:36
    • 612

Gürcüstanda helikopter qəzaya uğradı - 6 nəfər öldü - VİDEO

Gürcüstanda qəzaya uğrayan Sərhəd Polisinə məxsus helikopterdə 6 nəfər olub.

News24.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Helikopterdə 7 nəfərin olduğu barədə də məlumatlar var.

Sayla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Helikopter paraplanın qəzaya uğraması nəticəsində dağ dərəsinə düşən iki şəxsi xilas etməyə çalışarkən idarəetməni itirib, qayaya çırpılaraq yanıb. /Report.az/


***

17:41


Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.

Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.