-
- 29-07-2022, 18:33
- 522
Emin Əmrullayevdən dəyişikliklərə REAKSİYA
"Elm və Təhsil Nazirliyi elmi qurum deyil".
News24.az "Report"-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV" telekanalının "Hədəf" verilişinə müsahibəsində deyib.
"Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir", - nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu".
O əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.
"Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil".
Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:
"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib".
"Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq", - nazir vurğulayıb.