“ABŞ Serbiyanı CƏZALANDIRMAQ istəyir” – ŞƏRH
    • 1-08-2022, 15:32
    • 1 645

“ABŞ Serbiyanı CƏZALANDIRMAQ istəyir” – ŞƏRH

Xəbər verdiyimiz kimi, 31 iyulda Serbiya və Kosova sərhədlərində gərginlik yaranıb. Məlumata görə, Kosova xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Serbiya prezidenti Aleksandar Vucic xəbərdarlıq edib ki, ölkəsi Kosovada serblərin növbəti qırğınına icazə verməyəcək.

Bəs, bu gərginliyin arxasında nələr dayanır?

Politoloq Cümşüd Nuriyev məsələni News24.az-a şərh edib.

O bildirib ki, Kosova-Serbiya gərginliyi gözlənilən idi: “Çünki Amerika yeni dünya düzənini formalaşdırmaq istəyir. ABŞ-a bu düzəni yaratmağa maneə törədən dövlətlər Rusiya və Çindir. Hazırkı proseslərdə görürük ki, Serbiya Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, daha çox Rusiyanın mövqeyindən çıxış etdi. Serbiya ABŞ-ın Avropadakı siyasətinin əleyhinə təbliğat aparır. Serbiyanın Avropa İttifaqına üzvlüyünu strateji hədəf elan etməsi və rəsmi namizəd kimi üzvlük müzakirələri aparmasını nümunə kimi qeyd edə bilərik. Serbiya 1999-cu ildə NATO-nun Belqradı bombalamasını unuda bilmir. Buna görə də ABŞ Serbiyanı cəzalandırmaq istəyir. Kosovanı isə İslam dinini qəbul edən dövlətlərin çoxu rəsmi olaraq tanımır. ABŞ 200 mindən çox olan əhalisi olan Kosovanı qurub, Serbiyanı parçalamaq istədi və buna nail oldu”. 

Politoloq daha sonra əlavə edib: “Hazırda Serbiya hesab edir ki, onun əlinə imkan düşüb. Serbiyanın planı yeni dünya düzənində ABŞ-ın rolunu zəiflətməkdir. ABŞ Rusiya üçün Ukraynada bir cəbhə açıb. Ancaq bunun kifayət olmadığını anladığı üçün bir neçə cəbhə açmağa çalışır. Kimlər Rusiyanın yanındadırsa, ABŞ onları cəzalandırmaq istəyir. 

2003-dən bu yana ABŞ dünyanın heç bir yerinə əsgər göndərmir, çünki fərqli taktika seçib. Amerika yerli camaatın hesabına istədiyini əldə edir. Bu baxımdan dini qarşıdurmaların olması gözləniləndir. Təsadüfi deyil ki, Rusiya anidən Yunanıstanı özünə düşmən heab etdi. 

Qısası, ABŞ-Rusiya qarşıdurması yeni müstəviyə keçir və siyasi çalarlar almağa başlayır. Bu siyasi çalarlarda Türkiyənin də yeri görünür. Birmənalı olaraq inanıram ki, Türkiyə və Rusiya prezidentləri “arasında avqustun 5-də Soçidə baş tutacaq görüşdə Kosova Serbiya məsələsi müzakirə ediləcək. Bütün hallarda Türkiyə Kosovanın müstəqilliyinə o qədər də isti baxmır”.