Kürdəmirdə 47 yaşlı müəllim vəfat etdi
    • 1-08-2022, 18:27
    • 295

Kürdəmirdə 47 yaşlı müəllim vəfat etdi

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Uşaq İncəsənət Məktəbinin müəllimi Vüsalə Əhmədova vaxtsız vəfat edib.

News24.az-ın məlumatına görə, 47 yaşlı müəllim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Vüsalə Əhmədova regional və rayon tədbirlərinin fəal iştirakçısı olub, rəhbərlik etdiyi xor kollektivi respublika əhəmiyyətli tədbirlərdə uğurlar qazanmışdı.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin "Şuşa İli"nə həsr olunmuş  "Anadır arzulara hər zaman Qarabağ" devizi ilə keçirilən uşaq musiqi, incəsənət məktəblərinin Regional Xor Müsabiqəsində onun rəhbərlik etdiyi xor kollektivi l yerə layiq görülmüşdü. Qazandığı uğura görə Regional İdarə tərəfindən Vüsalə Əhmədova Fəxri Fərmanla təltif olunmuşdu.