-
- 3-08-2022, 11:35
- 445
“Pelosi Azərbaycanda onları görəndə göz yaşlarını saxlaya bilmədi”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşüb.
News24.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
“1998-ci ilin yayında ABŞ konqresmenlərinin Ermənistan və Azərbaycana səfəri olmuşdu. Nümayəndə heyətinin tərkibində, Frenk Pallone də daxil olmaqla, demək olar, bütün ermənipərəst lobbiçilər var idi. Onların hər birinin iyrənc bəyanatlarla çıxış etdiyi Ermənistan səfərindən sonra ABŞ Səfirliyindən mənə bildirdilər ki, onlar məcburi köçkünlərlə görüşdən imtina ediblər. Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, mən və Qaçqın və Məcburi Köçkünlər üzrə Komitənin sədri Əli Həsənov onları təyyarənin trapında qarşılayacaq və məcburi köçkünlər üçün çadır düşərgəsinə aparacaq helikopterə minməyi qətiyyətlə təklif edək. İmtina edənləri isə biz jurnalistlərin “öhdəsinə” buraxmalı idik. Pelosi və digər konqresmenlər helikopterlə uçdular, F.Pallone öz həyat yoldaşı ilə açıq, qətiyyətlə imtina etdi. Daha sonra bu haqda bütün mətbuat – həm ölkə, həm də xarici mətbuat yazırdı. Pelosi məcburi köçkünlərin yaşayış şəraitini görəndə, hətta göz yaşlarını da saxlaya bilmədi. Düzdür, o hələ də erməni seçicilərin səslərinə görə ermənipərəst lobbinin əsas fiqurlarından biri olmaqda davam edir”, - deyə Zülfüqarov yazıb.
Azərbaycanın sabiq XİN rəhbəri hesab edir ki, Tayvana gəldikdən dərhal sonra Pelosi Baydenin səhvini düzəldəcək: “Belə ki, ABŞ Prezidenti Co Baydeninin Koreyada çıxışı “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşma kimi dəyərləndirilir. Ona görə də düşünürəm ki, Peolosinin əsas məqsədi Taybeydə ABŞ və Çin arasında mövcud olan gərginliyin bu səbəbini aradan qaldırmaqdır”.
Qeyd edək ki, bir neçə gündür ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi xəbəri dünya gündəmindədir. Ötən gün isə Tayvana səfər edən 82 yaşlı siyasətçi bu addımı ilə Çin hakimiyyətini qəzəbləndirib, nəticədə ABŞ ilə gərginliyi artırıb. Çinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Pelosinin Tayvana səfərini Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi dəyərləndirib.
Xatırladaq ki, respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub. Pelosi həmin ildən sonra Tayvana səfər edən ilk ABŞ rəsmisidir.