Spiker Trampın müraciət nitqinin mətnini cırdı - VİDEO
    • 5-02-2020, 10:48
    • 737

Spiker Trampın müraciət nitqinin mətnini cırdı - VİDEO

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışından sonra ölkənin vəziyyəti ilə bağlı illik müraciət nitqinin mətnini cırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri, mesajının bir nüsxəsini nitq başlamazdan bir neçə dəqiqə əvvəl spikerə təhvil verib. Həmin an N.Pelosi əlini prezidentə uzadıb, amma D.Tramp onunun əlini sıxmaqdan imtina edib və üz döndərib.

Prezident danışmağa başlayan kimi, arxasında olan spiker sənədləri masadan götürüb və onları cırıb.