-
- 3-08-2022, 14:19
- 403
Bakıda jurnalist pulu bankomatda unutdu, bir göz qırpımında oğurlandı - Polis şübhəlini axtarır
Ötən gün jurnalist, "Rubrika" az saytının baş redaktoru Nicat Mahmudovun bankomatdan çıxarmaq istədiyi 1100 manat vəsait oğurlanıb.
News24.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya jurnalistrin özü məlumat verib.
N.Mahmudov bildirib ki, ötən gün saat 11:43 radələrində "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Kapital Bank"ın qarşısında olan bankomatdan həmin banka məxsus olan kartdan 1100 manat pul çıxarmaq məqsədilə əməliyyat aparıb. Jurnalist fikirli olduğu üçün kodu və məbləği daxil etmiş, amma əməliyyat başa çatdıqdan sonra kartı götürsə də pulu götürmədən bankomatdan uzaqlaşıb.
"Bir neçə dəqiqədən sonra pulu götürmədiyimi başa düşərək geri qayıtsam da artıq bankomatda pul yox idi. Fikirləşdim ki, bəlkə bankomat pulu geri çəkib. Kartı təkrar bankomata daxil etdikdə məbləğin balansdan çıxdığını göstərdi. Dərhal problem barəsində 102 çağrı mərkəzinə, banka müraciət etdim. 29-cu Polis bölməsinin əməkdaşları bankda bir neç saat təhqiqat aparsalar da problemi aydınlaşdıracaq görüntülər əldə etmək mümkün olmadı. Məlum oldu ki, kameralar düz-əməlli işləmir. Yalnız bu gün səhər polis şübhəli şəxslə bağlı müəyyən görüntülər müəyyən edib, axtarışa başlayıblar" - deyə jurnalist bildirib.
N.Mahmudov ötən gün media vasitəsi ilə nazir Vilayət Eyvazova da müraciət ünvanladığını deyib: "Bu məbləğ jurnalist üçün kiçik məbləğ deyil. Ümid