Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşdü
    • 5-08-2022, 10:23
    • 271

Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşüb.

News24.az xəbər verir ki, hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report/