Qəbələdə yol qəzasında ölən və xəsarət alanların kimliyi bilindi - YENİLƏNDİ
    • 6-08-2022, 00:14
    • 382

Qəbələdə yol qəzasında ölən və xəsarət alanların kimliyi bilindi - YENİLƏNDİ

Qəbələ-Ağdaş yolunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi bilinib.

Hadisə nəticəsində sürücü - 1983-cü il təvəllüdlü Əliyev Sadiq Saim oğlu ölüb.

Digər avtomobildəki sürücü Elsevər Cəfərov və sərnişinləri xəsarət alıblar.
Xəsarət alan hər üç sərnişin Mingəçevir şəhər sakinləridir:

Yaqub Səfərov (1979);

Tural Qarayev (1987);

Mehriban Səfərova (1996);

***

Saat 21:33

Qəbələ-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Qəbələnin Savalan kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Yaralanan dörd nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /APA/