Bir gündə 250 rus hərbçisi məhv edildi - Son itkilər
    • 6-08-2022, 12:12
    • 390

Bir gündə 250 rus hərbçisi məhv edildi - Son itkilər

Rusiyanın Ukraynadakı itkiləri 42 min nəfərə yaxınlaşıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində bildirilir.

Xəbərə görə, ötən sutka ərzində Ukraynada 250 rus hərbçisi məhv edilib: "Hazırda düşmənin ümumi itkiləri təxminən 41,9 min nəfərdir".

Bundan əlavə, Ukrayna ərazisində rusların daha 10 tankı, 19 zirehli döyüş maşını, 5 artilleriya sistemi, 4 hava hücumundan müdafiə sistemi, 2 operativ-taktiki pilotsuz uçuş aparatı, 6 avtomobil texnikası və 2 xüsusi texnikası məhv edilib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, işğalçılar ən çox Donetsk istiqamətində itki veriblər.