Tovuzda çayxana yanıb
    • 7-08-2022, 09:30
    • 336

Tovuzda çayxana yanıb

Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb