Yasamalda dəhşətli yanğın
    • 9-06-2019, 10:01
    • 702

Yasamalda dəhşətli yanğın

Yasamal rayonunda dəşətli yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.