Bakıda imkanlı ailənin 18 yaşlı oğlu özünü binadan atdı
    • 8-08-2022, 11:33
    • 438

Bakıda imkanlı ailənin 18 yaşlı oğlu özünü binadan atdı

Avqustun 5-də Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, Babək prospektində yerləşən çoxmərtəbəli binanın 13-cü mərtəbəsində yaşayan 18 yaşlı İsmayıl Qəmbərov (şərti ad-soyadlı) özünü binadan atıb.

O, hadisə yerində ölüb. İlkin məlumata görə, intihar edən gənc imkanlı ailənin övladı olub.
Onun hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır