Ermənilər Laçını tərk etməyə başladı - VİDEO
    • 8-08-2022, 12:43
    • 936

Ermənilər Laçını tərk etməyə başladı - VİDEO

Laçın rayonu ərazisində qanunsuz olaraq məskunlaşan  ermənilər bu əraziyə, müxtəlif vaxtlarda Ermənistanın keçmiş hakimiyyəti tərəfindən Livandan və digər ölkələrdən köçürülüblər. Azərbaycan torpağında qanunsuz məskunlaşan həmin ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. 
Bura Qarabağdır. Kadrlardan aydın görünür ki, sonradan salınan evlərində yaşayanlar burada qanunsuz olaraq məskunaşıblar. Laçın rayonu ərazisində qanunsuz olaraq məskunlaşanlar müxtəlif vaxtlarda ermənistanın keçmiş hakimiyyəti tərəfdən Livandan və digər ölkələrdən köçürülən ermənilərdir. 
Həmin ermənilər artıq şəhəri tərk etməyə başlayıblar. 

News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, siyasi ekspert Elçin Mirzəbəyli deyir ki, ermənilər o ərazilərə köçürüləndə başa düşməli idilər ki, bura Azərbaycan torpaqlarıdır.

Siyasi ekspert bildirib ki, həmin ərazilərdən ermənilərin köçəcəyi və o ərazilərdən yol çəkiləcəyi ilə bağlı məsələ iki il bundan öncə də hər kəsə aydın idi. Və bununla bağlı  da 10 noyabr bəyanatından sonra ermənilərə dəfələrlə xəbərdarlıq edimişdi.

Həmin bəyanatdan sonra imzalanan bütün sənədlərin icrasını Azərbaycan öz üzərinə götürərək, öz ərazilərində separatizmin kökünü kəsəcək. Bunu ermənilər yaxşı başa düşməlidirlər deyə Elçin Mirzəbəyli əlavə edib. Bir məsələ isə sual olaraq qalır. Görəsən üçtərəfli bəyanatdan sonra Kəlbəcər və Laçını tərk edən ermənilər kimi indikilər də evləri yandıraraq və ya ərazidəki ağacları kəsərəkmi oranı tərk edəcək?