Bakıda avtomobil piyadanı vuraraq öldürüb
    • 11-02-2021, 13:09
    • 488

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov rayonunun M.Nərimanov küçəsində Bakı şəhər sakini S.Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini R.Vəliyevanı vurub. Ağır xəsarət alan qadın  hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.