"Orxan yazıçıdır, həmin postda başqa adam olmalı idi" - Tahir Əmiraslanov- MÜSAHİBƏ /VİDEO
    • 8-08-2022, 16:44
    • 2 300

"Orxan yazıçıdır, həmin postda başqa adam olmalı idi" - Tahir Əmiraslanov- MÜSAHİBƏ /VİDEO

"Düşünürəm ki, Milli Kulinariya Mərkəzində bu sahəni bilən mütəxəssis olmalı idi. Hətta istərdim ki, mənim yetişdirdiyim mütəxəssislərdən biri olsun...
İndi şouya maraq çoxdur. Amma göstərməkdən daha çox iş görmək lazımdır. Orxan Fikrətoğlu yazıçıdır, rejissordur, yəni şouya daha yaxın adamdır. İşi göstərə bilər. Amma işi görmək isə ayrı məsələdir. Bu, mənim düşüncəmdir ki, həmin postda başqa adam olmalı idi. Emənilərin paxlavanı milli irsləri kimi UNESCO-ya təqdim etmək niyyətləri var. Bu məsələ ortaya çıxanda Kulinarıya Mərkəzinə təzə rəhbər yenicə təyin olunmuşdu. O səbəbdən mən heç nə demədim. Amma indi üstündən bu qədər vaxt keçib. Niyə cavab vermirlər?! Mərkəz bunun üçün yaradılıb da... Zəhmət olmazsa, işlərini görsünlər".


Bu sözləri News24.az-a müsahibəsində əməkdar mədəniyyət işçisi, Milli Kulinariya mərkəzinin sabiq rəhbəri Tahir Əmiraslanov deyib.

O son günlər etiraz dolu fikirləri, eləcə də kitablarını yandırmaqla gündəmə gəlib. Elə müsahibimizlə də söhbətə bundan başladıq.
  
Ətraflı, videoda:

Müxbir: Qumral Əliyeva 
Foto/Video: Nicat Niftəliyev