Masallıda 10 metrlik su quyusuna düşən uşaq xilas edildi
    • 9-08-2022, 00:48
    • 381

Masallıda 10 metrlik su quyusuna düşən uşaq xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a  bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.