Ucarda "Ford" evakuatorla toqquşdu - XƏSARƏT ALAN VAR

Ucarda "Ford" evakuatorla toqquşdu - XƏSARƏT ALAN VAR
HADİSƏ

7-05-2021, 09:09

Mətn ölçüsü

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinə stinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.