Biləsuvarda “NAZ” və “ВАЗ” markalı iki avtomobil toqquşdu
    • 20-04-2020, 09:18
    • 687

Biləsuvarda “NAZ” və “ВАЗ” markalı iki avtomobil toqquşdu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.