Türkiyə MN: Ərzaq daşıyan iki gəmi Ukrayndan yola salınıb
    • 9-08-2022, 11:31
    • 278

Türkiyə MN: Ərzaq daşıyan iki gəmi Ukrayndan yola salınıb

Bu gün Ukraynanın Çernomorsk limanından kənd təsərrüfatı məhsulları daşıyan iki yük gəmisi yola çıxıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

64 min ton qarğıdalı yüklü MV OCEAN LION gəmisi Cənubi Koreyaya, 5,3 min ton yüklə MV RAHMI YAGCI gəmisi isə İstanbula gedəcək.

Ümumilikdə, onlar 70 min tondan çox ərzaq daşıyırlar.