-
- 30-08-2019, 10:01
- 802
Lənkəranda baş vermiş qəzada xəsarət alanlardan biri Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırıldı
Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.