Muradla Günel “Tufan” qopardı – VİDEO
    • 27-12-2018, 11:44
    • 1 487

Muradla Günel “Tufan” qopardı – VİDEO

Müğənni Murad Arif Türkiyədə yaşayan həmkarı Günel Zeynalova ilə bir araya gəlib.

Uzun müddətdir radiolarda səslənən mahnıya çəkilən klip də ötən gün təqdim olunub.

Klipdə ifaçıların geyimi xüsusi ilə diqqət çəkib. Günelin ağ və Muradın qara rəngli libası bir-birini tamamlayıb.

Qeyd edək ki, ekran işinin çəkilişləri 4 gün davam edib.

Murad sözügedən yeni layihəsindən bəhs edib:

"Həm mahnının özündə həm də klipdə bir çox gizli məqamlar var. Xüsusi ilə ekran işində simvolik məqamlar çoxluq təşkil edir. Masa üzərindəki saatdan tutmuş, alovlara qədər hər şeyin öz mənası var. Bu gün bəzi münasibətlərin bitməsində araya girənlər, söz aparıb-gətirənlər xüsusi ilə qeybətm edən şəxslərin rolu böyükdür. Bu dost kimi ayrılıb, dost kimi qala bilməyənlərin mahnısıdır".

//News24.az