-
- 10-08-2022, 13:50
- 1 742
Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? - VİDEO
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüblər.
News24.az xəbər verir ki, bu barədə Sfera.az məlumat əldə edib.
Qeyd edək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr “Mercedes Gelandewagen” markalı, 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək polis əməkdaşlarına hirslənib.
Səfər Mehdiyev onu saxlayan polisə: “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” - dediyi görünüb. Yol polisi isə ona: “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”, - cavabını verib.
Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.