Çimərlikdən evə gəldi, üstünə benzin töküb özünü yandırdı
    • 10-08-2022, 17:06
    • 1 972

Çimərlikdən evə gəldi, üstünə benzin töküb özünü yandırdı

Ötən gün Xaçmaz sakini özünü yandıraraq intihara cəhd edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Mahmudov Bəxtiyar Bəhram oğlu dünən günorta dostları ilə dənizə gedib. Orda əylənən və yeyib-içib sərxoş olan 42 yaşlı kişi saat 19 radələrində evə gəlib və həyətdə üstünə benzin tökərək özünü yandırıb.

Onun özünü yandırdığını ilk olaraq həyat yoldaşı görüb. Qadın tez verdə ilə su yanan ərinin üstünə töküb alovu söndürüb. Daha sonra sonra qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırıb.

Hadisənin səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.